Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid ailəsi ilə görüş keçirilib

0

  •         İyulun 28-də  Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və ictimaiyyət nümayəndələri Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Vətən müharibəsi şəhidi Ramazanlı Əlizamin Umud oğlunun məzarını ziyarət edərək şəhidimizin məzarı önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzüblər, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.     Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov şəhidimizin valideynləri ilə söhbət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.    Şəhidimizin atası Umud Ramazanov, anası Adilə Ramazanova ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.    Məlumat üçün bildirək ki, Əslən Xocalı rayon Kosalar kəndindən olan Ramazanlı Əlizamin 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əlizamin Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib. O, Kəlbəcər istiqamətində kəşfiyyat əməliyyatlarında igidlik göstərib. Füzuli istiqamətində gedən döyüşlərə qatılan Əlizamin hərbi tapşırıqları layiqincə yerinə yetirib. İgid döyüşçümüz oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.       Cənab Prezidentimizin müvafiq Sərəncamlarına əsasən, Vətən Müharibəsi şəhidi, kəşfiyyatçı gizir Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.       Ruhu şad olsun. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib41 dəfə
    Şəhid ailəsi ilə görüş keçirilib

    Maraqlı gələ bilər
    0
    54
    44